Paytaxtda ən bahalı mənzillər hansı RAYONLARDADIR?
İyunda daşınmaz əmlak bazarında may ayı ilə müqayisədə 1.63%, ilin əvvəli ilə müqayisədə isə 2.6% artım qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu haqda "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
Ekspert iyun ayı ərzində daşınmaz əmlak bazrındakı vəziyyətlə bağlı danışarkən söyləyib ki, ay ərzində təkrar mənzil bazarında bir kvadratmetrin maksimum qiyməti 4375 manat, minimum qiyməti isə 700 manat olub.
Onun sözlərinə görə, ilkin mənzil bazarında may ayı ilə müqayisədə 6.91% artım qeydə alınıb:
"İyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin bir kvadmetri 1.9% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2.72% enib. Mənzil kirayəsi bazarında orta qiymət 12 manat artaraq 767 manat olub. Bir kvadratmetrlə hesabladıqda isə qiymətlər 0.13% azalıb. Yəni, 7.97%-dən 7.96%-ə enib. Torpaq bazarındakı qiymətlər ötən ayla müqayisədə 7.59% artıb. Kommersiya obyektləri bazarında may ayına nisbətən 3.99% artım qeydə alınıb. Obyektlərin icarəsi isə ötən ayla müqayisədə 6.85% artıb".
N.İbrahimov qeyd edib ki, ən bahalı mənzillər Nərimanov, Səbail və Nəsimi rayonu üzrə qeydə alınıb:
"Şəhər üzrə bahalı mənzillərin orta qiyməti ay ərzində 3079 manat təşkil edib, may ayı ilə müqayisədə isə 0.96% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bahalı mənzillərin qiyməti 4.34% artıb. Ucuz mənzillərdə orta qiymət 1336 manat təşkil edir, əvvəlki aya nisbətən isə 0.16% azalma olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 1.14% artım olub. Bir kvadratmetr üçün ən yüksək qiymət 7000 manatdır, ondan yüksək qiymətə rast gəlinmir". (Modern.az)
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var