Paytaxtda "kimyagər" narkobaron saxlanılıb

Paytaxtda "kimyagər" narkobaron saxlanılıbBakıda "kimyagər" narkobaron saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Vasif Cavadov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş Elvin Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan artıq metamfetamin, 3 ədəd elektron tərəzi və 150 min İran İslam Rrspublikası rialı aşkar edilərək götürülüb.
Qeyd edək ki, E.Süleymanovun ərtafında araşdırma aparılan zaman onun müxtəlif kimyəvi məhlullardan sintetik tərkibli narkotik maddələr hazırladığı da məlum olub. Onun külli miqdarda narkotik vasitələri əvvəldən tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından aldığı müəyyən edilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.
Paytaxtda "kimyagər" narkobaron saxlanılıb/open.az

Hadisə       Tarix: 28 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. KONKRET.azxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu cəbhədən son məlumat cəbhədən yeni xəbərlər valyuta mezennesi