Pəhrizdə çörək, makaron və kartofla qidalanmaq olar - RƏY
Adətən insanlar pəhrizdə çörək, makaron, kartof və bir çox digər bu kimi qidaları məhdudlaşdırmağa öyrəşiblər. Əslində bu qidalar ziyanlı deyil, onları yemək tərzi səhvdir.
KONKRET.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Yekaterina Volkova danışıb.
Mütəxəssis arıqlamaq istəyənlər üçün "qadağan olunmuş" ərzaqlardan ilk olaraq makaron haqqında danışıb. Onun sözlərinə görə, bu məhsul bərk növlərdən, tam taxıllardandırsa, onunla qidalanmaq faydalıdır, makaron orqanizmi uzunmüddətli enerji verən "yavaş" karbohidratlar və liflə təmin edir. Bununla belə bu məhsuldan istehlak üçün optimal miqdar 70 qramdır.
"Pəhrizdə olsanız, belə rasionda məqbul olan ikinci məhsul kartofdur. 70-80 qram bişmiş və ya qaynadılmış kartof sizə yaxşı təsir edəcək. Təzə kartof seçmək daha yaxşıdır", – deyə həkim əlavə edib.
Diyetoloq rasionda vacib ərzaqlardan birinin də pendir olduğunu bildirib. Onun sözlərinə görə, tərkibində kalsium, fosfor, sink, "A", "B1", "B2", "B12", "C", "D", "E", "PP" vitaminləri, amin turşuları olan bu ağartı qadağan edilməməlidir.
"30 qram sərt pendir həmçinin şirin bir şey istəyini azaldır", – deyə o vurğulayıb.
Voldova pəhriz saxlayanların özlərinə qadağan etdikləri digər iki məhsulun çörək və banan olduğunu bildirib.
"Tam taxıl çörəyini seçməliyik. Onun tərkibində vitaminlər, fermentlər, mikro və makro elementlər, lif var. Banana gəlincə, artıq yetişmiş, şirin olanları yemək olmaz. Bizim (arıqlamaq istəyənlərin) bananları yaşıldır, onların tərkibində sadə nişasta deyil, "davamlı" nişasta var", – deyə həkim sözlərini yekunlaşdırıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar
Rus ordusu üç kəndi işğal etdi
Prezident ailəsinin İsmayıl Samani türbəsindən - Fotoları
Daha bir erməni əsgərin meyiti tapıldı
Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib
Prezidentlər və xanımları İsmayıl Samani türbəsində
Göyçayda 40 yaşlı kişini ilan sancdı
Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyuldu - FOTO
Prezident Zəngəzur dəhlizi barədə danışdı
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI