"Pelosinin Qafqazdakı proseslərə zərbə vurmağa gücü yoxdur" - Ərdoğan
Türkiyə prezidenti ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərini şərh edib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Pelosinin Cənubi Qafqazdakı proseslərə təsir rıçaqları yoxdur.
"Əminəm ki, onun səfəri bir çox yerlərdə narahatlıq doğurub. Mövzunu şişirtməyə dəyməz. Bu gün biz bəzi hazırlıqları davam etdiririk və tezliklə müvafiq addımlar atacağıq. Hazırda biz Avropa Siyasi Birliyinin Praqada keçiriləcək iclasında iştirakla bağlı məsələni müzakirə edirik. Çexiyaya səfər etmək qərarına gəlsək, Paşinyan da orada olacaq. Erməni tərəfi bundan əvvəl qarşıdakı platformada görüş ideyasını bildirmişdi. Ola bilsin ki, bizim orada bütün bu məsələləri müzakirə etmək imkanımız olacaq. Lakin təbii ki, bizim Qafqazda da müəyyən təşəbbüslərimiz olacaq. Hazırda o, hələ planlaşdırma mərhələsindədir. Mən bu məsələləri qardaşım İlham Əliyevlə müzakirə edəcəyəm və bundan asılı olaraq addımlar atacağıq", – deyə Ərdoğan bildirib.
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA