Pənah Hüseyn Laçın dəhlizinin bağlanmasından və sülhməramlıların fəaliyyətindən DANIŞDI: "koridor məntiqi" ləğv olunmalıdır"
"Hazırda dəhlizin bağlanmasını doğru qərar sayıram. Terror təhlükəsi aradan qalxana və vəziyyət düzələnə qədər proses belə davam etməlidir".
Bu fikirləri KONKRET.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib. O əlavə edib ki, sözügedən məsələlərdə cəmiyyət səlahiyyətli orqanlara etimad göstərməlidir: "Konkret olaraq Laçın dəhlizinin "terror dəhlizi" kimi fəaliyyət göstərməsi faktı var. Buna görə də, dəhliz bağlanmalıdır. Digər xarici ölkələrdə olduğu kimi Ermənistana keçmək istəyən vətəndaşlar Azərbaycan qanunları ilə müəyyən olunan sərhəd prosedurları və nəzarət qaydaları əsasında hərəkət etməlidir. Hesab edirəm ki, "koridor məntiqi", yaxud fərqli bir statusla buraxılış məntəqəsinin işləməsi ləğv olunmalıdır. Ona görə də, hazırda dəhlizin bağlanmasını doğru qərar sayıram. Terror təhlükəsi aradan qalxana və vəziyyət düzələnə qədər proses belə davam etməlidir".
Pənah Hüseyn Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən də söz açıb: "Bir halda ki, Rusiya sülhməramlıları Üçtərəfli Bəyyannamədəki öhdəliklərini yerinə yetirmirlər, bu zaman onların da ərazini tərk etməsi məsələsi gündəmə gəlməlidir. Azərbaycan qanunlarına görə, suverenliyimiz məhdudlaşırsa, bu, Milli Məclisdə təsdiq olunan sənədlər və müqavilələr əsasında müəyyənləşməlidir. Sülhməramlıların isə nə mandatı, nə də beynəlxalq müqavilə sənədi yoxdur. Buna görə də, sülhməramlıların Qarabağdan çıxması tələbi qoyulmalıdır. Onlar ərazimizdən nə qədər tez çıxsalar, bu, münaqişənin tam həllinə bir o qədər müsbət təsir göstərər".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi