Pensiya yaşına çatmadan ölənin hesabındakı - Pulun 30%-i ailəsinə verilsin
Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməlidir.
Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli komitənin sentyabrın 10-da keçirilən iclsında çıxış edib.
O qeyd edib ki, bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləməli olur:
"Bu çox uzun müddətdir. Hesab edirəm ki, sosial sığorta məbləğinin heç olmasa 30 faizi əvvəlcədən ödənilərsə, daha məqbul olar".
Komitə sədri Musa Quliyev isə deputata cavabında bildirib ki, mövcud qanunvericiliyə görə, sosial sığorta icbari məsuliyyət daşıyır:
"Pensiya növləri haqqında danışsaq, məsələn, ailə başçısını itirməyə görə pensiyanın təyin olunması öz həllini tapıb. Təklif etdiyiniz məsələ əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün yaxşı təklifdir. "Özəl pensiya fondları haqqında" qanun layihəsi Milli Məclisə daxil olduqda, həmin məsələyə də baxa bilərik". / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır