Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı

Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandıMəlum olduğu kimi rəsmi işləyənlərin maaşlarından hər ay Pensiya Fonduna müəyyən məbləğ tutulur. Bu, gələcəkdə onların pensiya alması üçün nəzərdə tutulmuş sosial təminatdır. 
azxeber.com xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, dünyanın əksər ölkələrində rəsmi işləyən vətəndaşların maaşından hər ay pensiya fonduna sosial sığorta haqları tutulur.
Onun sözlərinə görə, bu vəsaitlər gələcəkdə qocalıq dövründə maddi təminat məqsədi daşıyır:
"Lakin cəmiyyətdə tez-tez belə bir sual yaranır: əgər şəxs pensiya yaşına çatmadan vəfat edərsə, niyə onun ödədiyi pensiya vəsaitləri ailəsinə qaytarılmır? Bu sualın cavabı pensiya sisteminin mahiyyətindədir. Mövcud pensiya modellərinin böyük hissəsi paylanma (PAYG - Pay As You Go) prinsipinə əsaslanır. Beynəlxalq Əmək Təşkilatının (ILO) məlumatına görə, dünya ölkələrinin təxminən 70-75 faizi bu modeli tətbiq edir. Bu sistemdə işləyən əhalinin ödədiyi sığorta haqları birbaşa hazırkı pensiyaçıların pensiyalarının ödənilməsinə yönəldilir. Yəni pensiya tutulmaları şəxsi yığım deyil, kollektiv sosial fondun formalaşmasına xidmət edir. İqtisadi baxımdan bu model sosial risklərin bölüşdürülməsi üzərində qurulub. Dünya Bankının hesablamalarına əsasən, orta statistik vətəndaş pensiya yaşına çatdıqdan sonra 18-22 il pensiya alır. Bu müddət ərzində aldığı ümumi pensiya məbləği əksər hallarda onun işlədiyi dövrdə ödədiyi sığorta haqlarından 1,3-1,8 dəfə çox olur. Mövcud fərq isə məhz erkən vəfat edənlərin və daha az yaşayanların sistemə verdiyi dolayı subsidiyalar hesabına formalaşır".
İqtisadçı bildirib ki, pensiya yaşına çatmadan vəfat edən şəxsin ödədiyi vəsaitlər ümumi fonda daxil olaraq cari pensiyaların, əlillik ödənişlərinin və sosial müavinətlərin maliyyələşdirilməsində istifadə olunur:
"OECD ölkələrində pensiya xərcləri ümumi daxili məhsulun orta hesabla 8-10 faizini, bəzi Avropa ölkələrində isə 12-15 faizini təşkil edir. Bu qədər böyük sosial yük yalnız fərdi yığım prinsipi ilə deyil, məhz kollektiv maliyyələşmə yolu ilə mümkün olur. Alternativ olaraq bəzi ölkələrdə yığım əsaslı pensiya sistemləri mövcuddur. Dünya Bankının məlumatına görə, bu model əsasən Latın Amerikası və bəzi Asiya ölkələrində tətbiq olunur, lakin qlobal miqyasda payı 25-30 faizdən çox deyil. Bu sistemlər inflyasiya, bazar dalğalanmaları və maliyyə böhranları zamanı vətəndaşların pensiya risklərini artırdığı üçün bir çox ölkələr yenidən klassik sosial sığorta modelinə qayıdır. Nəticə etibarilə, pensiya sistemi fərdi mülkiyyət mexanizmi deyil, sosial həmrəylik və kollektiv təhlükəsizlik modelidir".

Sosial       Tarix: 25 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumat xeber.az son xəbər xabar az