Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ARTIRILACAQ

Pensiyaçıların DİQQƏTİNƏ! - Bu tarixdə ARTIRILACAQGələn il Azərbaycanda orta aylıq pensiya artırılır. Bu, Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, Cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.
Bəs bu artım davamlı olacaqmı və nə zaman qüvvəyə minəcək?
Məsələ ilə bağlı danışan deputat Razi Nurullayev Referans.az-a bildirib ki, dövlət büdcəsinə ayrılan vəsaitdə hər zaman sosial məsələlər əsas diqqət yetirilən mövzu olub:
"Dövlət büdcəsinə ayrılan vəsaitdə sosial yönümlü məsələlər, vətəndaşların sosial həyatının yaxşılaşdırılması əsas müzakirə obyektlərindən biridir. Köklü olaraq bu vəsait elə sahələrə ayırılmalıdır ki, o insanların sosial durumuna müsbət mənada təsir etsin. Ümumiyyətlə rəqabətin artırılması üçün kreditlərə əlçatanlığın artırılması lazımdır. Məşğulluqla bağlı düzgün siyasətin aparılması və müəyyən bir layihələr həyata keçirilməlidir ki, həmin layihələr nəticəsində də iş yerləri açılsın və yaxud vətəndaş özü iş yeri açıb özü-özünü dolandırsın".
Deputat qeyd edib ki, büdcə məsələsində növbəti illərdə təhsil və səhiyyə sahələrinə də diqqət ayırılacağını qeyd edib. Onun sözlərinə görə, pensiya alan yaşlı insanlar onlar üçün ən həssas təbəqədir: "Onların aylıq öz dolanışıqlarını idarə edə biləcəyi qədər pensiya alması bizim üçün ən əsas məsələlərdən biridir. Hazırda gedən ciddi sosial yönümlü inkişaf nəticəsində onların pensiyası ildən ilə artmağda davam edir. Gələn ilin əvvəlindən pensiyaçıların pensiyası həm minimum, həm də orta aylıq pensiya qaldırılacaq və bu davamlı olaraq ilin müəyyən dövrlərində davam edəcək".
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirir ki, pensiyaların artırılması hər zaman olduğu kimi indi də prioritet sahələrdən biridir:
"Ümumiyyətlə büdcəmiz sosial yönümlü büdcədir. Sosial xərclər üçün həmişə büdcənin 40 faizi ayrılıb. Eyni zamanda əsas məsələlərimizdən biri Qarabağda və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdir və müdafiə qüdrətimizin artırılmasıdır. Bu üç istiqamət prioritet istiqamətlərdir. Digərləri isə əlbəttəki əsaslı vəsait qoyuluşları və digər cari xərclərin həyata keçirilməsidir". / azxeber.com

Sosial       Tarix: 01 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber ən son xəbərlər kriminal xəbər.az