Pensiyaçıların NƏZƏRİNƏ - artımlar OLACAQ
2024-cü ilin dövlət büdcəsi ilə bağlı elan edilən rəsmi rəqəmlər göstərir ki, növbəti ildə sosial sferaya ayrılan vəsaitlərin həcmində artımlar olacaq".
KONKRET.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, bu hal bütövlükdə əməkhaqqı və pensiya artımları üçün maliyyə bazası formalaşdırır:
"İlkin gözlənti ondan ibarətdir ki, yanvar ayında pensiyalar indeksasiya olunaraq artırılacaq. Pensiyalar 2023-cü ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq indeksasiya olunur.
Cari ilin səkkiz ayında orta aylıq əməkhaqqında artım 11,3 faiz olub. Tendensiya qorunub saxlanacağı təqdirdə bütün əmək pensiyalarında yanvar ayından etibarən 11 faizlik artımlar ola bilər.
Əməkhaqqı artımları isə dövlət büdcəsindən formalaşan qurumlarda ölkə başçısının sərəncamı ilə reallaşır. Gözlənilir ki, sosial proqrama ayrılan vəsaitin həcmində artımlar olduğu üçün sosial paket növbəti ildə daha da dərinləşəcək.
Özəl sektorda artımlar isə bu sektorda çalışan sahibkarların qərarları əsasında formalaşır. Minimum əməkhaqqında artımlar olan zaman aşağı məvacib alan vətəndaşların maaşlarında da artımlar baş verir".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"