Pentaqon Ukrayna ilə bağlı bu təklifi QƏBUL ETMƏDİ
ABŞ Hərbi Hava Qüvvələri 2022-ci ilin martında "Reaper" PUA-larını Ukraynaya təhvil verməyi təklif edib. Bir neçə aylıq müzakirələrdən sonra Pentaqon yekun qərar qəbul etməyib. Departament məxfi məlumatların ötürülməsi və pilotsuz uçan aparatların vurulma ehtimalı ilə bağlı narahatlıq keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, "Reaper" istehsalçısı "General Atomics" bir neçə aydır ki, ABŞ qanunlarına uyğun olaraq onların təhvil verilməsi ilə bağlı Ukrayna rəsmiləri ilə əlaqə saxlayır.
Qəzet yazır ki, pilotsuz təyyarələrin verilməsi ilə bağlı uzun müzakirə Ukrayna tərəfini məyus edib. Ukrayna ABŞ-a Rusiya ərazisinə zərbələr endirmək üçün PUA-lardan istifadə etməyəcəyini vəd edib.
Qeyd edək ki, Kiyev ABŞ-dan "Reaper" və "Grey Eagle" hücum dronlarını almaq istəyir.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim