Pentaqonun kəşfiyyat idarəsinin hesabatında Qarabağ haqda nə yazılıb? - Rusiya ABŞ üçün...

Pentaqonun kəşfiyyat idarəsinin hesabatında Qarabağ haqda nə yazılıb? - Rusiya ABŞ üçün...ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi 2021-ci ildə gözlənilən qlobal təhdidlər barədə Senatda dinləmələr üçün nəzərdə tutulan hesabat hazırlayıb. Hesabat Senatın silahlı qüvvələrin işi üzrə komitəsinin saytında dərc edilib.
Publika.az xəbər verir ki, sənədə əsasən dünya hazırda qlobal strateji yarış erasını yaşayır. Bu yarışda ABŞ-ın başlıca rəqibləri Rusiya və Çindir. Onlar ABŞ-ın hərbi üstünlüyünə çağırış üçün vasitələr işləyib hazırlayırlar. Hərbi tədbirlərdən əlavə hesabatda ABŞ və Çinin "boz zonadakı" fəaliyyətlərindən də bəhs olunur. Bura proksi-qoşunlardan və muzdlulardan istifadə, kiberhücumlar, informasiya ilə manipulyasiya, rəqiblərinin iqtisadi gücünü zəiflətmək və digər tədbirlər də daxildir.
Hesabatda Rusiya silahlı qüvvələri ABŞ-ın özünün mövcudluğuna potensial təhlükə adlandırılır, bildirilir ki, Rusiya silahlı qüvvələri ölkə sərhədləri boyu yerləşən ölkələrdə Moskvanın təsirini saxlamaq alətidir. Bu təsir hesabına Moskva Vaşinqtonun qlobal liderliyini təhdid edir.
"Moskva ABŞ və NATO-nu Rusiyanın təhlükəsizliyi, onun geosiyasi ambisiyaları və indiki hakim rejim üçün mühüm təhdid kimi nəzərdən keçirir. Moskva Qərblə ayaqlaşmaq üçün bir sıra siyasi, diplomatik, kəşfiyyat, ictimai və hərbi vasitələrdən istifadə edir, amma bu zaman birbaşa münaqişədən qaçmağa çalışır",-hesabatda deyilir.
ABŞ hərbi kəşfiyyatı Rusiyanın nüvə və qeyri-nüvə qüvvələrinin modernizasiyası barədə ətraflı bəhs edir. Gözlənilir ki, Rusiya yaxın illərdə qeyri-strateji vasitələr hesabına öz nüvə arsenalını ciddi şəkildə artıracaq. Hesabatda o cümlədən Rusiyanın kimyəvi və bioloji silah ehtiyatlarına da malik olduğu bildirilir.
Hesabatda ötən ilin payızında Qarabağda gedən 44 günlük müharibə barədə də bəhs olunur, qeyd edilir ki, Rusiya Qarabağa və Belarusa birbaşa hərbi intervensiyaya qərar vermədi. Amma regionda təsirini başqa metodlarla saxlamağa çalışır-məsələn, hesabatda Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi Moskvanın Qafqazdakı təsirinin güclənməsi kimi nəzərdən keçirilir. Bildirilir ki, hərbi gücdən istifadə təhdidi Rusiyanın Ukraynaya başlıca təsir rıçağıdır.
Hesabat müəllifləri belə qənaətə gəlirlər ki, Rusiya hazırda ABŞ-la birbaşa toqquşmada maraqlı deyil, amma Qərblə qarşıdurmadan da imtina etmir. "Kreml çox güman ki, Vaşinqtonu təxribata çəkməyəcək, amma görsə ki, ABŞ Rusiyanın daxili siyasətinə qarışır və ya onun strateji maraqlarını təhdid edir, buna qərar verə bilər",-kəşfiyyatçılar bildirir.
Hesabatda Rusiyanın qonşu ölkələrin və NATO üzvü olan ölkələrin daxili siyasətinə təsir göstərmək cəhdləri barədə də ətraflı danışılır. Bildirilir ki, Rusiya koronavirus pandemiyasından istifadə edərək Qərb ölkələrinin hökumətlərinə etimadı sarsıtmaq üçün informasiya kampaniyası aparır. (virtualaz.org)

Dünya       Tarix: 04 may 2021
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 bugünkü son xəbərlər cəbhədən yeni xəbərlər xeber saytlari