Peruda etirazçılar ölkənin ən böyük hava limanına girməyə cəhd etdilər
Peruda hökumət əleyhinə nümayişlərdə etirazçılar ölkənin ikinci ən böyük şəhərinin hava limanına soxulmağa cəhd ediblər.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, Arekipa şəhərinin Alfredo Rodrigez Ballon hava limanına zorla daxil olmaq istəyən etirazçıları polislər qarşılayıblar. Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazla müdaxiləsi nəticəsində üç nəfər yaralanıb, çoxlu sayda insan saxlanılıb.
Nəqliyyat və Rabitə Nazirliyi hadisələrlə əlaqədar hava limanının müvəqqəti bağlandığını açıqlayıb.
Digər tərəfdən, paytaxt Limada bir araya gələn tələbələr, həmkarlar ittifaqları və yerli nümayəndələr ölkə Prezidenti Dina Boluartenin istefasını, erkən seçkilərin elan edilməsini və həbsdə olan keçmiş prezident Pedro Kastilyonun sərbəst buraxılmasını tələb ediblər.
Polislərlə qarşıdurmada bəzi fəalların daşla hücumu zamanı beş jurnalist yaralanıb.
Minlərlə insanın müxtəlif şəhərlərdən avtobuslarla paytaxta daxil olması və etirazların şiddətinin daha da arta biləcəyi proqnozlaşdırılır.
2022-ci il dekabrın 11-dən hökumət əleyhinə nümayişlərdə həyatını itirənlərin sayı biri polis olmaqla 53-ə yüksəlib, yaralananların sayı isə 750-ni keçib.//Oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır