Pərvizdən "Survivor" açıqlaması: "Özümü qəriblikdə hiss etmədim"
"Survivor" yarışmasında mübarizəni dayandıran kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev paylaşım edib.
Open.az xəbər verir ki, dünya çempionu "İnstagram" hesabında onu dəstəkləyənlərə təşəkkür edib:
"Bütün məni sevən, mənə dəstək olan hər kəsi salamlayıram. Çoxdandır arzusunda olduğum "Survivor" yarışması mənim üçün gözlənilməz macəra oldu. Yarışmada keçirdiyim zaman ərzində həmvətənlərimin və türk qardaşlarımın dəstəyini hiss etdim. Mənə qarşı olan daimi inamınızı bacardığım qədər doğrultmağa çalışdım. Həm xarakterimlə, həm göstərdiyim çıxışla sizi sevindirmək istədim.
Yarışmadakı türkiyəli dostlarımın mənə qarşı hörməti və sevgisi sayəsində özümü qəriblikdə hiss etmədim. Bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən iki dövlət, bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var. Yaxşı dostlar qazandım. Ordakı dostlarıma yarışmada və şəxsi həyatlarında uğurlar arzu edirəm və bütün "Survivor" kollektivinə minnətdarlığımı bildirirəm. Məni dəstəkləyən hər kəsə də təşəkkür edirəm".


Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq