Peskov: 'Rəsmi Moskva tərəfləri təmkinli olmağa çağırır
"Rəsmi Moskva Cənubi Qafqaz regionunda vəziyyətin kəskinləşməsi ilə bağlı son hadisələrdən narahatdır və tərəfləri təmkinli olmağa çağırır".
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmtri Peskov bildirib.
"Biz vəziyyəti diqqətlə müşahidə edirik. Biz təbii ki, vəziyyətin kəskinləşməsi ilə bağlı narahatıq və tərəfləri təmkinli olmağa və ən əsası üçtərəfli sənədlərin müddəalarının yerinə yetirilməsinə çağırırıq", - o deyib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında müxtəlif səviyyələrdə mövcud olan sıx əlaqələr rəsmi İrəvanın rusiyalı sülhməramlılarının fəaliyyəti ilə bağlı suallarına aydınlıq gətirməyə imkan verəcək: "Üçtərəfli sənədlərə istinadən olunmalıdır. Əsas məsələ tərəflərin bu sənədlərlə üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməkdir. Əgər hansısa suallar varsa, onlara təbii ki, cavab verilməlidir".
Peskov həmçinin vurğulayıb ki, yaxın zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığı planlaşdırılmasa da, ehtiyac olarsa baş tuta bilər.
Xatırladaq ki, Ermənistan hökumətinin bu gün keçirilən iclasında Baş nazir Nikol Paşinyan Qarabağda cərəyan edən son hadisələrin rusiyalı sülhməramlılar ilə bağlı bir sıra suallar yaratdığını deyib.
///Report

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?