Peskovdan NİKBİN AÇIQLAMA: ciddi danışıqlar aparmağa şərait yaradan
"Türkiyə Rusiyanın tərəfdaşıdır və iki ölkə arasında münasibətlər inkişaf edir".
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva. Kreml. Putin" verilişində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəri ərəfəsində söyləyib.
Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı fikirləri qarşıdan gələn Soçi danışıqlarının uğurlu və konstruktiv keçməsinə mane olmayacaq.
D.Peskov əlavə edib ki, Türkiyə Prezidentinin Krımla bağlı mövqeyi Rusiyaya məlumdur və o, bu mövqeyini heç zaman gizlətməyib.
Kremlin sözçüsü Rusiya və Türkiyə prezidentləri arasında möhkəm etimada əsaslanan çox yaxşı işgüzar, ciddi danışıqlar aparmağa şərait yaradan münasibətlər olduğunu da vurğulayıb.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların sentyabrın 29-da Soçidə keçiriləcəyi gözlənilir.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür