Pikedən Şakiraya yeni cavab: İlk dəfə yeni sevgilisi ilə bağlı paylaşım etdi - FOTO
Pikedən Şakiraya yeni cavab: İlk dəfə yeni sevgilisi ilə bağlı paylaşım etdi - FOTO
"Barselona" klubunun və İspaniya millisinin keçmiş müdafiəçisi, hazırda media-investisiya və idman şirkətinin prezidenti Jerar Pike məşhur müğənni Şakiradan ayrılandan sonra ilk dəfə sevgilisi, ispan model Klara Çia Marti ilə fotosunu dərc edib.
Bir çoxları bunu Pikenin Şakiranın mahnısına yeni cavabı kimi qiymətləndiriblər.
Xatırladaq ki, yanvarın 12-də müğənni keçmiş ərinə həsr etdiyi yeni bəstəsini təqdim edib. Mahnı, sadəcə, bir trek deyil, həm də tam bir "diss"dir (başqa birinə qarşı söz hücumu - red.) - mətn Pike və onun yeni sevgilisi haqqında şok sətirlərlə doludur.
Bundan sonra Pike mahnıdakı "Sən "Ferrari"ni "Twingo"ya, "Rolex"i "Casio"ya dəyişdin" bəndinə iki dəfə ayrı-ayrılıqda cavab verib.
Ulduz cütlük 2022-ci ilin yayında futbolçunun xəyanətindən sonra ayrılıb. Onların iki övladı var: Milan və Saşa. 35 yaşlı ispaniyalı 2022-ci ilin noyabrında peşəkar futboldan ayrılacağını açıqlayıb.

Mənbə: Sports.ru / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi