Pirallahı icra hakimiyyətində işçilərdən test imtahanı götürülür - Nəticəsi zəif olanlar işdən çıxarılır
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rəhbərlik etdiyi qurumda çalışan əməkdaşları tarix, informatika və məntiq fənləri üzrə imtahan edir.
azxeber.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, imtahan nəticələri zəif olan əməkdaşlar vəzifələrindən azad olunurlar.
İstifadəçilərin bildirdiyinə əsasən, imtahan test üsulu ilə keçirilir.
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir:
"Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir".

"Qalatasaray"ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
"Sabah" rekordla başladı: 4 oyuna 11 cavabsız qol
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü
Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Azərbaycanın nefti 127 dollara yüksəldi
Ronaldo çıxış etdiyi klubu ala bilər
Azərbaycanda Bilik Günüdür
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim
Paytaxtın iki rayonunda su olmayacaq