Pirotexniki vasitələrin satışı ilə məşğul olan bərbər məsuliyyətə cəlb olunub
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Püştətala kəndində yerləşən bərbərxanada orada fəaliyyət göstərən O.Gondolov tərəfindən pirotexniki vasitələrin gizli şəkildə satıldığı müəyyən edilib. Bərbərxanadan müxtəlif növ pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində istifadəsində olan "VAZ" markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitə, partlayıcı və tezalışan maddələr satan şəxs müəyyən olunub.
Hər iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi ) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR