Polad Bülbüloğlunun xahişini çatdırdığım anda Heydər Əliyev sözümü kəsə bilərdi...' - Keçmiş nazirdən maraqlı XATİRƏ

Polad Bülbüloğlunun xahişini çatdırdığım anda Heydər Əliyev sözümü kəsə bilərdi...' - Keçmiş nazirdən maraqlı XATİRƏAzərbaycanın sabiq xarici işlər naziri, hazırda Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfir olan Vilayət Quliyev Ümumimilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
azxeber.com xəbər verir ki, diplomat "Facebook" hesabında paylaşım edib.
V.Quliyevin sözlərinə görə, Heydər Əliyevin məmurları tənqid etməsi bəzən televiziya ekranlarında yayımlanıb, bəziləri isə pərdə arxasında cərəyan edib:
"Belə epizodlardan biri haqda yazmaq istəyirəm. Özümdən başlayım ki, heç kim inciməsin. Keçmiş mədəniyyət naziri, diplomat həmkarım Polad Bülbüloğlu həm də türk ölkələrinin beynəlxalq mədəniyyət qurumunun - Türksoyun rəhbəri idi. Ara-sıra təşkilatın xətti ilə müxtəlif xarici səfərlərə çıxmaq zərurəti yaranırdı. Polad müəllim Türksoydakı fəaliyyətin də xarici siyasətimizin tərkib hissəsi olduğunu əsas gətirib bir neçə dəfə nəzərdə tutulan səfərlə bağlı Prezidenti məlumatlandırmağı məndən xahiş etmişdi. İki, ya üç dəfə digər məsələlərlə yanaşı bu barədə də məruzə eləmişdim və hər dəfə də Heydər Əliyev "Yaxşı, getsin!" demişdi. Amma sonuncu dəfə eyni xahişlə müraciət edəndə səs tonunun dəyişdiyi də diqqətimdən yayınmamışdı. Başa düşmüşdüm ki, əslində özümə aid olmayan məsələlərə qarışır, Prezidentin iş üslubu və idarəçilik mexanizmi ilə uyğun gəlməyən hərəkət edirəm. Söz vermişdim ki, bu hal bir də təkrarlanmayacaq.
Amma bir dəfə yenə Polad müəllim zəng vurdu. Türksoyla YUNESKO arasında əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı vacib görüşlər nəzərdə tutulduğunu bildirib mütləq Parisə getməli olduğunu dedi (əslində birlikdə getməli idik). Bu barədə Prezidentə məlumat çatdırmağımı xahiş etdi. Məsələnin çox təcili, gündəliyin ölkəmizin mövqeyi baxımından həssaslığını xatırlatdı. Gündəlikdən xəbərdar olduğumdan sözündən çıxa bilmədim.
Həmin gün Prezidentə telefon açanda başqa məsələlərlə birlikdə Polad Bülbüloğlunun Paris səfəri ilə bağlı xahişini də çatdırdım. Heydər Əliyev dərhal cavab vermədi. Düşündüm ki, yəqin hansı qərarı qəbul etmək haqda fikirləşir.
Az qala məsələnin vacibliyi haqqında danışmaq istəyirdim ki, birdən selektorda İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin səsini eşitdim:
– Bəli, cənab Prezident!
– Mehdiyev, yerindəsən?
– Bəli, cənab Prezident.
– Necə yerindəsən ki, nazirlər sənin səlahiyyətində olan məsələləri həll etmək üçün Vilayət Quliyevin qəbuluna gedirlər? O da işini-gücünü atıb bu məsələlərlə məşğul olur. Nəticədə xarici siyasətimiz qalır böyrü üstə...
Bu sözləri deyəndən sonra Prezident özü də gülməyə başladı. Məsələ aydın idi. Belə dolayısı, ən başlıcası isə yaradıcı yolla mənə xəbərdarlıq edilirdi ki, öz işimlə məşğul olum. Başqa qurumların səlahiyyətinə aid məsələlərə müdaxilə edib özümü "yaxşı kişi", yaxud "krutoy oğlan" kimi göstərməyə çalışmayım.
Mədəniyyət nazirinin xahişini çatdırdığım anda Heydər Əliyev sözümü kəsə bilərdi, əsəbiləşə bilərdi. (bir dəfə səlahiyyətinə aid olmayan işə yersiz müdaxilə etdiyinə görə yüksək vəzifəli məmurlardan birinə "Sənin bu hərəkətinin adı bilirsən nədir? Buna hamam suyu ilə dost tutmaq, ya da özünü yuyulmamış çömçə kimi ortaya atmaq deyərlər", - sözləri ilə kəskin irad bildirmişdi). Amma yəqin ki, yanlış hərəkətimin idarəçilik təcrübəmin azlığından, aparat oyunlarının sirlərinə nabələdlikdən irəli gəldiyini bilib mənə incə, həm də daha yaddaqalan və ibrətamiz şəkildə dərs vermişdi".

Siyasi       Tarix: 05 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler xeberler azerbaycan metbuat cəbhədən xəbər