Polad Həşimov zabit kimi peşəkarlığı və vətənpərvərliyi ilə örnək idi

Polad Həşimov zabit kimi peşəkarlığı və vətənpərvərliyi ilə örnək idiŞəhid general-mayor Polad Həşimov cəmi 45 il yaşasa da, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Ən çətin, keçilməz mövqelərdə xidmət etdi. Xidmət dövrü daha çox Murovdağ, Daşkəsənlə bağlı oldu. O, zabit kimi peşəkarlığı, vətənpərvərliyi, məsuliyyəti, bir insan kimi mərhəməti, vicdanı, xeyirxahlığı ilə örnək idi.
azxeber.com AZƏRTAC-a istinadən bildirir ki, bunu ehtiyatda olan mayor Bəxtiyar Abdullayev jurnalistlərə müsahibəsində deyib.
Polad Həşimovla bir yerdə xidmət etdiklərini vurğulayan B.Abdullayev qeyd edib: "1998-ci ildə mən indiki Heydər Əliyev adına Hərbi İnstitutu qurtarıb Murovdağa təyinat aldım. Orada ilk qarşılaşdığım insanlardan biri Polad Həşimov olub və həmin vaxtdan bir yerdə xidmət etmişik. Sonra Polad Həşimov mənim rəisim - tabor və hərbi hissə komandirim oldu. Demək olar ki, bütün çətin yolları bir yerdə keçmişik. Biz hərbçi peşəsinin sirlərini Polad Həşimovdan öyrənmişik. O yüksək insani dəyərləri ilə hər kəsdən fərqlənirdi. Tabeliyindəki əsgər və zabitlərlə elə davranırdı ki, hər bir hərbi qulluqçu verilən tapşırıqları qüsursuz yerinə yetirməyə çalışırdı. Xidmət etdiyi hərbi hissələrdə hərbi qulluqçuların hərbi xidmətə sevgisini daha da artıran, onları ruhlandıran, ayıq-sayıq olmağa təşviq edən münasibətilə yadda qalırdı. O qədər sadə insan idi ki, əlinə külüng alıb əsgərlərlə bir yerdə səngər də qazırdı. Əsgərinə çay süzür, ehtiyacı olana yardım edir, hətta şəxsi əşyalarını belə onlara bağışlayırdı. Polad Həşimovu tanıyan hər kəs ona bir zabit kimi xüsusi rəğbət bəsləyir, bir insan kimi çox sevirdi".
"2020-ci ildə iyulunda baş verən Tovuz döyüşləri göstərdi ki, Azərbaycanın Polad Həşimov kimi səngər generalı var. Onun şəhid olması xəbəri generalı yaxından tanıyan hər kəsi sarsıtmışdı. Lakin bizim Zəfər tariximiz məhz Polad Həşimovun şəhadətindən sonra başladı. Generalın qisasını almaq üçün cəbhəyə axışan gənclər onun qanını yerdə qoymadılar, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu gün 49-cu doğum gününü qeyd etdiyimiz Polad Həşimov başda olmaqla, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar öz qorxmazlığı, cəsarəti ilə xalqımızın qəlbində əbədi yaşayacaqlar", - deyə ehtiyatda olan mayor bildirib.

Sosial       Tarix: 03 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio

Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı

İyunun ortaları olmasına baxmayaraq, paytaxtın bir sıra bazarlarında keşniş tapmaq çətinləşib. Satıcılar bildirirlər ki, məhsulun azlığı həm qiymətlərə təsir edib, həm də alıcıların narazılığına səbəb olub. Bəzi vətəndaşla

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən

Hidayət Orucov vəfat etdi

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib. APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət v

Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Tanınmış blogerə ağır itki: Bacısı qəzada vəfat etdi

"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Bu dünyadan bi


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal xeber xəbərlər.com son xeberler az sonxeber.az