Poliklinikalarda yenilik - PULSUZ OLACAQ
"Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən 40-a yaxın tibb müəssisəsində tam müasir avadanlıqlarla təminat işləri həyata keçirilib. Yeni avadanlıqlar sözügedən poliklinikalarda fəaliyyətə başlayıb".
KONKRET.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında Bakı Naş Səhiyyə Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Hidayətoğlu bildirib.
O əlavə edib ki, yaxın dövr ərzində yeni adavanlıqlarla təchiz edilmiş poliklinikaların say daha da artacaq:
"Ümumilikdə Bakı şəhəri üzrə 104 tibb müəssisəsi fəaliyyət göstərir. Zamanla onların hamısında həmin laboratoriyalar fəaliyyətə başlayacaq.
Bu gün TƏBİB-in nəzdində olan böyük tibb müəssisələrində hansı analizləri vermək mümkündürsə, ilkin tibbi xidmət göstərən poliklinikalarda da həmin analizləri vermək mümkün olacaq. Bu labrotariyalarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Xidmətlər Zərfi"nə daxil olan 131 növ analizlərin tam və dəqiq şəkildə verilməsi real olacaq. Demək olar ki, bütün analizlər bu müəssisələrdə olacaq.
Buna görə vətəndaşlardan heç bir ödəniş tələb oluna bilməz. İşləyib-işləməməsindən, təqaüdçü və ya azyaşlı olmasından asılı olmayaraq hər kəs bu xidmətdən pulsuz istifadə edəcək".

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı