Polis Ağdaşda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində fərdi yaşayış evindən oğurluq edən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər tutularaq istintaqa cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan azxeber.com-a verilən məlumata görə, rayonun Şıxlı kəndində yerləşən evlərin birindən ümumi dəyəri 3000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluq etdiyi üçün elektron qolbaqla təchiz olunan Səddam Mahmudov saxlanılıb, onunla əlbir olan digərinin isə şəxsiyyəti müəyyən edilib. Oğurladığı qızıllar S.Mahmudovdan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı isə daha 4 nəfər-Namiq Əzizov, Qəzənfər Əhmədov, Tural Muradov və Rahim Musayev saxlanılıb. Onlardan metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var