Polis Akademiyasının kursantı xəstəlikdən ÖLDÜ
Polis Akademiyasının kursantı xəstəlikdən ölüb.
KONKRET.az xəbər verir ki, Akademiyanın Əyani fakültənin 1-ci kurs kursantı Zeynalov İbrahim Azər oğlu vəfat edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, kursant ötən gün yaşadığı Sulutəpə qəsəbəsində kəskin meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə aldığı xəstəxanada ölüb.
Allah rəhmət eləsin!