Polis əməliyyat keçirdi, silah və narkotik aşkarlandı - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Orxan Verdiyev polislər tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən "Naqan"markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Zakir Qarayev saxlanılıb. Onun Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan lüləsi və qundağı kəsilmiş tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Turlar.az [newsid: 0-123300]

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı