Polis Navalnının vəkilini Moskvada saxladı - DETALLAR
Mərhum Rusiya müxalifətçisi Aleksey Navalnının vəkili Vasili Dubkov saxlanılıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Şerbinkadakı polis bölməsində vəkilin barəsində "ictimai asayişi pozmaq" ittihamı ilə protokol tərtib edilərək sərbəst buraxılıb.
Sərbəst buraxıldıqdan sonra saxlanılmasının təfərrüatlarını şərh etməkdən yayınan vəkil deyib ki, baş verənlər vəkillik fəaliyyətinə əngəl törətmək məqsədi daşıyır.
Qeyd edək ki, Dubkov mərhum Navalnının meyitinin təhvil alınması məqsədilə Salexarda gedən Lyudmila Navalnayanı müşayiət edib.
Yeri gəlmişkən, Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, həftəsonu dəfn olunması planlaşdırılan müxalifət liderinin vida mərasiminin təşkil olunması üçün məkan tapa bilmirlər. Bunun səbəbi dəfn agentliklərinə Aleksey Navalnının dəfn mərasimini təşkilinin qadağan olunmasıdır. Bəziləri Navalnının adını eşidən kimi yer verməkdən imtina edirlər.
Xatirə SADİQ,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi