Polis zabitinin öldüyü qəzanın təfərrüatları məlum oldu - YENİLƏNİB
Şəmkir rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
KONKRET.az xəbər verir ki, hadisə gecə saatlarında Şəmkir rayonunda fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə qeydə alınıb.
Gədəbəy polis şöbəsinin əməkdaşı olan Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev Mirsalam oğlu həmin vaxt şəxsi "VAZ-2121" markalı avtomobillə işə gedirmiş.
Bu zaman 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi "Priora" markalı avtomobillə toqquşma baş verib.
Qəza nəticəsində polis zabiti aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda ölüb. F.Bağırov və onun sərnişinləri Quluzadə Toğrul Azər oğlu və Mahmudov Zirəddin Namiq oğlu xəsarət alıb.
Hadisədən xəbər tutan Z.Mahmudovun qardaşı Azər Mahmudov öz maşını ilə hadisə yerinə gedən zaman idarə etdiyi avtomobili maneəyə çırpıb və ağır xəsarət alıb.
Hadisələrdə yaralananlar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına və Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
09:32
Şəmkirdə baş verən qəzada 1 nəfər ölüb 4-ü yaralanıb.
KONKRET.az xəbər verir ki, qəzada polis zabiti 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev həyatını itirib.
Xəsarət alan 4 nəfərin adı aşağıdakı kimidir:
Toğrul Quluzadə (2001);
Azər Bəhlulzadə (2022);
Fİkrət Bağırov (2001);
Zirəddin Mahmudov (1997).
09:09
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi "Niva" ilə 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi "Priora" markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
S.Əliyev polis zabiti olub, Gədəbəy RPŞ-də xidmət edirdi.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti