Polisə kəllə atıb qolunu dişləyən şəxs HƏBS OLUNDU
Bakıda yol polisi ilə dalaşan şəxs və oğlu saxlanılıblar.
KONKRET.az "qafqazinfo"ya istinadən xəbər verir ki, iyulun 4-nə keçən gecə saat 00 radələrində 20-ci Sahə adlanan ərazidə yol polisi şübhəli hesab etdiyi "Mercedes" markalı avtomobili saxlayıb.
İttihama görə, polis əməkdaşının sürücünün sərxoş vəziyyətdə olub-olmamasını müəyyən etməyə çalışdığı vaxt avtomobildə olan sürücünün atası, 1965-ci il təvəllüdlü Z.Cabbarov və sürücünün qardaşı maşından düşərək mübahisə yaradıblar. Toydan sərxoş halda çıxıb evə gedən şəxslər yol polisinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Hadisə yerinə post patrul xidmətinin əməkdaşları dəvət ediliblər və həmin şəxslər ərazi üzrə polis bölməsinə aparılıblar. Burada insident daha da böyüyüb. Saxlanılan Z.Cabbarov polis əməkdaşına kəllə atıb, onun qolundan dişləyib.
Bundan sonra ata və 1997-ci il təvəllüdlü oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib edilib. Onlar Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Z.Cabbarova 10 sutka həbs cəzası verilib, oğlu isə 150 manat cərimə edilərək sərbəst buraxılıb.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu