Politoloq: "Azərbaycan erməni separatçılara vaxt qoyub"

Politoloq: Tural İsmayılov: "Şərtlər qəbul edilməsə, Qarabağda antiterror əməliyyatı başlaya bilər"
Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan hələ də reallığı qəbul etmək istəmir. Qarabağda qanunsuz silahlı birləşmələrin ləğvinin qəbul edilməz olduğunu deyən baş separatçı imkan düşən kimi xaricdəki havadarlarına üz tutur. Arutyunyan bu dəfə Rusiya gününü bəhanə gətirərək Putinə məktub yazıb. Məktubda ilkin olaraq ümumi sözlərlə erməni və rus xalqlarının dostluğuna toxunulub. Daha sonra isə əsas mövzuya-Azərbaycan mövzusuna keçib. Bizdən Putinə nəyi var "şikayətlənib".
Araikin məktubunu Putinin oxuyub-oxumaması önəmli deyil. Əsas odur ki, Azərbaycan ərazilərindəki separatçılara rəhbərlik edən sıradan bir adam Rusiya Federasiyasının prezidentinə məktub ünvanlayır. Məktubda da Rusiyanın strateji tərəfdaşı Azərbaycan əleyhinə ifadələr işlədilir.
Politoloq: Tural İsmayilov, politoloq
Mövzunu KONKRET.az-a politoloq Tural İsmayılov şərh edib.
"Araik Arutyunyan və oradakı separatçılar Rusiyanın fort-postu qismində çıxış edirlər. Sadəcə Nikol Paşinyanla Araik arasında olan münasibətlərin daha dərin olması Rusiyanı qane etmir. Rusiya əvvəlcə Arutyunyana qarşı Vardanyan kartını işə saldı. Son günlər isə Samvel Babayan kartından istifadə etməyə çalışır. Bütün bunlar isə onu söyləməyə əsas verir ki, Rusiyanın separatçılar içərisində öz maraqlarını rekonstruksiya etmək məsələsi ortaya çıxıb. Biz bütün bu ssenarilərin fərqindəyik. Rusiya sülhməramlılarından separatçılara dəstək verilməsi xahiş olunur. Əslində sülhməramlıların ordakı əsas fəaliyyəti də bir başa separataçılara arxa-dayaq durmaqdan ibarətdir.
Gec-tez Qarabağdakı qanunsuz erməni birləşmələri tərkisilah edilməli və bölgədə sülh bərqərar olmalıdır. Əks halda antiterror əməliyyatı qaçılmazdır.
"Cənab Prezident geniş amnistiya məsələlərindən bəhs elədi. Bu da Qarabağda yaşayan erməni vətandaşlırımızın Azərbaycan cəmiyyətinə inteqrasiyası, bütövlükdə separatçıların qarşısını almağa yönəlmiş hadisələrdəndir. Təəssüflər olsun ki, Azərbaycan ərazilərindəki erməni silahlı birləşmələrinin tör-töküntüləri rədd edilmir. Bununla bağlı Azərbaycan tərəfinin dəqiq mövqeyi olsa da, Rusiya sülhməramlıları bütün danışıqları  pozaraq separatçılardan yararlanmağa çalışır. Bu isə Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd olmaqla yanaşı həm də Rusiyanın ambisiyalı və ənənəvi aqressiv siyasətinin davamıdır. Amma istənilən halda Azərbaycan separatçılara vaxt qoyub. Sülh üçün Ermənistanın indiki hakimiyyətinə də vaxt verilib. Şərtlər qəbul edilməsə, Azərbaycan hər an Qarabağda aniterror əməliyyatı keçirə bilər".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 13 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri yeni xeberler son xeberler hava cəbhədən xəbərlər son xeberler 2026 en son xeberleri