Polkovnik: "Ermənilərin məqsədi beynəlxalq aləmin diqqətini regiona cəlb etməkdir"
Bölgədə yaranan geosiyasi vəziyyət Ermənistanı qane etmədiyindən düşmən ölkə daim təxribatlar törətməkdə maraqlıdır. Daim manipulyasiya edən Ermənistan delimitasiya-demarkasiya işini ləngitməklə də, danışıqlara mane olur. Azərbaycan-Ermənistan sərhəddinin Laçın rayonu ərazisindəki sərhəd keçid məntəqəsində baş verən təxribat da buna sübutdur. Ardınca Zəngilanda başlayan qarşıdurma, Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin fəallaşması Ermənistanın sülhə hazır olmadığını göstərir.
Bununla bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov KONKRET.az-a açıqlama verib:
"Sərhəddə yaşanan gərginlik mütamadi olur. Bu gərginliyin də bir neçə səbəbi və hədəfləri var. Ermənilər sülh müqaviləsinin bağlanmasından qaçmaq, manipulyasiya etmək üçün bu yoldan istifadə edirlər. Digər səbəb KTMT-ni regiona gətirmək, beynəlxalq aləmin diqqətini regiona cəlb etməkdir. Regionda maraqlı olan ölkələr də çoxdur. Bunlardan ən başlıcası Avropada birinci skripka rolu oynayan Fransanın bölgəyə olan maraqlarıdır. Regionda stabilliyə, sülhə mane olmaq istəyən qüvvələrin təsiri günbəgün artmaqdadır. O qüvvələr həm Ermənistanın içində, həm Ermənistandan kənardadır.
Bu gün geosiyasi arenada gedən proseslər, Rusiya və ona qarşı olan qüvvələrin maraqlarının bu regionda toqquşması gərginliyi saxlayır. Bunu həm də beynəlxalq güclərin Rusiyanı regiondan sıxışdırıb çıxartması kimi də qiymətləndirmək olar. Azərbaycanın daxilində Rusiya sülməramlı qüvvələrinin yerləşdiyi ərazidə və Qarabağ iqtisadi zonasında atəşkəsin pozulması, reinteqrasiya proseslərinin gecikməsi, qanunsuz erməni silahlılarının tərkisilah edilməsindəki ləngimələrdə Rusiyanın da maraqları var. Bununla da, Rusiya Azərbaycan ərazisində öz missiyasının uzadılması prosesini gizlətmir. Bunun üçün Rusiyanın bir yolu qalır, o da bölgədə vəziyyətin gərgin saxlanmasıdır. Hal hazırda təxribatların həm coğrafiyası genişlənir, həm də intensivliyi çoxalır. Danışıqların gedişi də sürətlənir. Bir platforma digərini əvəz edir. Moskva, Brüssel, Vaşinqton, Kişinyov danışıqları onu göstərir ki, artıq sülh müqaviləsinin bağlanmasında maraqlı olan qüvvələrin sayı çoxdur. Həmin qüvvələr Ermənistanı sülh müqaviləsini bağlamağa məcbur edirlər. Çünki regionun inkişafı, regionda olan qlobal proyektlər böyük dövlətlərin marağındadır. Bu proyektlərin işlənməsi üçün isə regionda sülh vacibdir".
Vəli Həsənov,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi