Polşa Belarus hərbi attaşesini ölkədən ÇIXARIR
Belarusun Polşadakı müdafiə attaşesi yola salınacaq.
KONKRET.az xəbər verir ki, bu barədə "PAP" agentliyi Polşa Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
"Yaxın vaxtlarda Belarus hərbi attaşesi Polşanı tərk edəcək", – deyə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina agentliyə bildirib.
Onun sözlərinə görə, Polşa Sərhəd Mühafizəsinin zabiti və Belarusun Qrodno şəhərindəki Polşa konsulluğunun iki əməkdaşı artıq respublikanı tərk edib.
Qeyd edək ki, Belarus Xarici İşlər Nazirliyi Polşaya Qrodnodakı Baş Konsulluğun işçilərini ixtisar etməyi və sərhəd xidmətinin nümayəndəsini geri çağırmağı əmr edib. Bu addım Polşanın Belarusla sərhəddəki "Bobrovniki" keçid məntəqəsində nəqliyyatın hərəkətini bağlamaq qərarına cavab olaraq atılıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir