Polşanın baş naziri: "Aİ-nin sərhədləri bütün Avropanı əhatə etməlidir"
Ukraynadakı hazırkı münaqişə Aİ-nin bütün Avropa ərazisini əhatə etməsinə səbəb olmalıdır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Onun sözlərinə görə, indi Avropa tarixi şans əldə edib:
"Biz çalışmalıyıq ki, Aİ-nin sərhədləri Avropanın coğrafi sərhədləri ilə üst-üstə düşsün. Ukrayna və Şərqi Avropanın digər ölkələri Polşa, Fransa və İspaniya qardaş xalqlardır".
"Bu, Avropanı genişləndirmək, qitəmizin siyasi coğrafiyasını dəyişdirmək, yeni təhlükəsizlik arxitekturasını yaratmaq, Rusiyadan gələn daimi təhlükədən azad Avropanın yeni xəritəsini çəkmək üçün yüz ildə bir şansdır", – Moravetski deyib.
Onun fikrincə, Ukrayna və müəyyən müddətdən sonra Belarus Avropa strukturlarının orbitinə çəkilməli, ABŞ-la əməkdaşlıq gücləndirilməlidir ki, Atlantik dünyası iki ayaq üstə dayansın.
Moravetskinin sözlərinə görə, Polşa təhlükəsizlik siyasəti, nəqliyyat, enerji və regional əməkdaşlıq sahəsində Aİ-nin əsas ölkəsinə çevrilməlidir.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi