Portağal qabığının gözlənilməz faydalı xüsusiyyəti
Nigeriyalı tədqiqatçılar aşkar ediblər ki, portağal qabığı həzm prosesini yaxşılaşdırmaqla yanaşı, həm də bağırsaqda faydalı bakteriyaların çoxalmasına kömək edir.
KONKRET.azoxu.az-a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "Human Nutrition & Metabolism" elmi jurnalında dərc olunub.
Mütəxəssislər qeyd edirlər ki, portağal qabığının tərkibində hüceyrə aktivliyini dəstəkləyə və oksidləşmədən qoruya bilən çoxlu bitki mənşəli bioloji aktiv birləşmələr – polifenollar mövcuddur.
Portağal qabığı, həmçinin liflə, xüsusən də onun həll olunan forması olan pektinlə zəngindir. Bu, suyu udmaq, həzm prosesini asanlaşdırmaq, qanda şəkərin səviyyəsini sabitləşdirmək və xolesterin və arterial təzyiqi azaltmaq qabiliyyətinə malikdir.
Bundan əlavə, alimlər portağal qabığının bağırsaq mikrobiomuna müsbət təsir göstərdiyini də müəyyən ediblər. Lif faydalı mikroorqanizmlərin böyüməsini stimullaşdırır, flavonoidlər və polifenollar isə bağırsaq baryerini möhkəmləndirir, zərərli bakteriyaların qarşısını alır və probiotiklərin aktiv qalmasına kömək edir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var