Premyer Liqada fasilə başa çatır - "Neftçi" "Zirə"yə qarşı
Bu gün Misli Premyer Liqasında 17-ci tur start götürəcək.
KONKRET.az qol.az-a istinadən xəbər verir ki, nəticədə çempionatdakı 32 günlük fasilə başa çatacaq.
Turun 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. İlin ilk qarşılaşması "İmişli" ilə "Araz-Naxçıvan" arasında olacaq. Quba Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:30-da başlayacaq. Bu komandalar arasında 1-ci dövrənin oyunu Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Günün 2-ci matçı isə "Palms Sports Arena"da oynanılacaq. Burada "Neftçi" "Zirə"ni qəbul edəcək. Oyun saat 19:00-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki qarşılaşmasında 2:2 hesabı qeydə alınıb.
Hazırda turnir cədvəlində "Zirə" 28 xalla 3-cü, "Araz-Naxçıvan" 26 xalla 6-cı, "Neftçi" 20 xalla 8-ci, "İmişli" isə 17 xalla 9-cudur. Sıralamaya 37 xala malik "Sabah" liderlik edir.
23 yanvar (cümə)
14:30. "İmişli" – "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Quba OİK stadionu
19:00. "Neftçi" – "Zirə"
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
"Palms Sports Arena"
24 yanvar (şənbə)
14:00. "Şamaxı" – "Qəbələ"
16:30. "Qarabağ" – "Kəpəz"
25 yanvar (bazar)
16:00. "Turan Tovuz" – "Sumqayıt"
18:30. "Sabah" – "Karvan-Yevlax"
Bombardirlər:
Coy-Lens Mikels ("Sabah") – 9 qol
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") – 7 qol
Toral Bayramov ("Qarabağ") – 7 qol
Bassalu Sambu ("Neftçi") – 6 qol
Karim Rossi ("Şamaxı") – 6 qol
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA