Prezident Administrasiyasının şöbə müdiri partiya sədrləri ilə görüşüb
Prezident Administrasiyasının şöbə müdiri partiya sədrləri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 1-də qeydiyyata alınan yeni partiya sədrləri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz, Azərbaycan Milli Demokrat Partiyasının sədri və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) sədri Tural Abbaslı ilə keçirilən görüşdə koronavirus pandemiyası dönəmində siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələ müzakirə olunub.
Görüşdə, həmçinin, ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər hakimiyyət və siyasi müxalifət təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyini bildiriblər.
Qeyd edək ki, bir neçə gün öncə Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb.
Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı