Prezident: "Azərbaycan və İran hökumətlərinin iki ölkənin ərazi bütövlüyünə dair mövqeyində heç bir şübhə yoxdur"

Prezident: Bizim hökumətimizin və İran hökumətinin iki ölkənin ərazi bütövlüyünə dair mövqeyində heç bir şübhə yoxdur.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda iştirak edən iranlı ekspertin iddialarına cavabında bildirib.
Prezident vurğulayıb ki, Azərbaycanın hökumət rəsmiləri istər qonşu, istər digər ölkələrə münasibətdə olduqca məsuliyyətlidirlər və ölkələrarası münasibətlərlə rəsmilərin ifadələrinə baxmaq lazımdır.
"Düşünürəm ki, sizin şərhlərinizin Azərbaycan-İran əlaqələri ilə heç bir əlaqəsi yoxdur. Bizim hökumətimizin və İran hökumətinin iki ölkənin ərazi bütövlüyünə dair mövqeyi çox yaxşı məlumdur və heç bir şübhə yoxdur. Bir çox halda biz və iranlı həmkarlarımız ictimaiyyətə bəyan edirik. Orada (Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında – red.) 400-dən çox iştirakçı olub. Demokratik cəmiyyət olan Azərbaycanda insanlar istədiklərini deyə bilərlər, onların bizim razı olacağımız və ya olmayacağımız mövqeləri ola bilər. Amma biz iştirakçıları idarə etmirdik, biz onlara nə deyib-deməyəcəkləri ilə bağlı tezis vermirdik. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlarımız, xarici vətəndaşlar istədiklərini deməkdə azaddırlar. Əlbəttə, əgər bu bizim qanunvericiliyimizə zidd deyilsə. Eyni zamanda, biz də xaricdə yaşayıb müxtəlif məsələlərdə fərqli baxışları olanlara görə məsuliyyət daşımırıq. Vacib olan budur ki Azərbaycan hökuməti və onun nümayəndələrinin sözləri qonşu ölkələrlə münasibətdə, ümumilikdə isə bütün ölkələrə münasibətdə çox məsuliyyətlidir", – Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan vətəndaşı olmayan kiminsə Şuşada nəsə deməsinə görə – Şuşa açıq şəhərdir, minlərlə insan ora gəlir və öz arzularını ifadə edirlər – hətta Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə iştirak edirsə belə, bu reaksiyaya səbəb olmamalıdır.
"Biz rəsmilərin rəsmi bəyanatlarına baxmalıyıq", – Prezident İlham Əliyev cavabında bildirib.

Siyasi       Tarix: 29 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi futbol xeberleri son xeberler bu gun cəbhədən son məlumat