Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi
"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər qüvvəyə minib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Dövlət başçısı "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.
Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib.
Eyni zamanda, Prezident "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb.
Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı.
Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə