Prezident: "Deyirdim ki, heç vaxt ərazimizdə növbəti saxta erməni dövlətinin yaranmasına razı olmayacağıq"

Prezident: Təcrübəmizə əsaslanaraq deyirəm ki, ən vacibi heç vaxt işğalla barışmamaqdır.
KONKRET.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
"Bilirsiniz, danışıqlar zamanı qərbli həmkarlarımla müxtəlif anlar olurdu, müxtəlif mesajlar alırdım. Onlardan biri də o idi ki, reallığı nəzərə almalısan, Azərbaycan Birinci Qarabağ müharibəsində uduzub və hərəkətləri reallığa əsaslanmalıdır. Bizə məsləhət vermək cəhdləri olub ki, ərazi bütövlüyümüzlə bağlı məsələlərə baxmalıyıq. Və mən həmişə "yox" deyirdim. Mən deyirdim ki, heç vaxt Azərbaycan, mən və Azərbaycan xalqı bizim ərazimizdə növbəti saxta erməni dövlətinin yaradılmasına razı olmayacaq, heç vaxt! Lazım olsa, ölənə qədər mübarizə aparacağıq. Şərhlərim bəzən çox düşmənçilik və aqressivlik kimi şərh edilib, məni ritorikaya görə tənqid ediblər. Ermənistan liderləri isə həmişə konstruktiv olduqlarına görə tərifləniblər. Bəli, onlar konstruktiv idilər. Onlar işğalı möhürləmək istəyirdilər, Dağlıq Qarabağdakı separatçılara müstəqillik verməyə razılaşmağımızı, ərazimizin böyük bir hissəsini, xüsusən də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasındakı ərazini öz nəzarətlərində saxlamaq istəyirdilər. Və mənim mövqeyim belə idi ki, biz heç vaxt razılaşmayacağıq", – dövlət başçısı qeyd edib.

Siyasi       Tarix: 30 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi futbol xeberleri son xeberler bu gun cəbhədən son məlumat