Prezident FAO-nun baş direktorunu videoformatda qəbul edib - YENİLƏNİB+VİDEO

Prezident FAO-nun baş direktorunu videoformatda qəbul edib - YENİLƏNİB+VİDEOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edib.
KONKRET.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: Sabahınız xeyir.
Qu Donqyu: Sabahınız xeyir, Cənab Prezident.
Prezident İlham Əliyev: Cənab Baş direktor və nümayəndə heyətinin üzvləri, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Çox şadam ki, nümayəndə heyətinizlə birlikdə ölkəmizdə səfərdəsiniz.
Biz FAO ilə Azərbaycan arasında tərəfdaşlığın səviyyəsindən çox məmnunuq. Yeddi il əvvəl imzalanmış razılaşma faktiki olaraq əməkdaşlığımızın yeni formatını yaratdı. Ümidvarıq ki, qarşıdakı illərdə biz bu səmərəli tərəfdaşlığı davam etdirəcəyik, xüsusilə indi – hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda. Çünki kənd təsərrüfatı məhsullarının ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı məhsullarını idxal edirik. Ona görə də, düşünürəm ki, bu, bizim ərzaq təhlükəsizliyi ilə bağlı gələcək planlarımızı, ümumi regional inkişafı müzakirə etmək və yeni çağırışları həll etmək baxımından vacibdir.
Görüşümüz zamanı qaldırmaq istədiyim məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı planlarımızdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək.
Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir. Bu ilin üç ayı ərzində Azərbaycanda qeyri-enerji ixracında artım 45 faiz olub. Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan, dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq etməliyik.
Beləliklə, müzakirə edilməli çox məsələlər olacaq. Mən həqiqətən də çox şadam ki, söhbət etmək və birlikdə görə biləcəyimiz başqa işlərə nəzər salmaq imkanımız var. Bir daha xoş gəlmisiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Qu Donqyu: Təşəkkür edirəm, möhtərəm Prezident. Həmçinin mən Sizin çoxşaxəli, gözəl, əlverişli mövqedə yerləşən ölkənizə səfərə gəldiyimə görə çox şadam. Bu, nadir ölkədir. Çox şadam ki, Sizin ölkənizdə səfərdəyəm, təkcə ona görə yox ki, nadir mövqedə yerləşirsiniz, həm də ona görə ki, ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Tərəfinizdən də güclü dəstəklənən aqro-elektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, habelə kənd yerlərinin rəqəmsal inkişafı xüsusi əhəmiyyətə malikdir. Mən bu təşəbbüsləri dünyada təşviq etmək və təşkilata üzv olan, ərazi baxımından Azərbaycan kimi ölkələrlə paylaşmaq istərdim.
Bakıda keçirilən "Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid" mövzusunda beynəlxalq konfransın önəmini vurğulayan Qu Donqyu ölkəmizə səfər edərək bu tədbirdə şəxsən iştirak etməsindən məmnunluğunu bildirib.
FAO-nun baş direktoru deyib: "Beləliklə, hesab edirəm ki, bu, bizim üçün Sizdən, həmkarlarınızdan öyrənmək baxımından yaxşı fürsətdir".
***
 10:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edib.
KONKRET.azxəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Siyasi       Tarix: 07 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynay

İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzr

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdulla

Azərbaycan–Avropa İttifaqı münasibətlərində strateji əməkdaşlıq yeni mərhələyə keçir

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqla

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:. 1. 1-ci madd

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Heydər Əliye

Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun bugunun xeberleri idman xeberleri son xeberler 2026