"Prezident Fransanın heç vaxt eşitmədiyi həqiqətləri söylədi" – Deputat

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü başladı. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksəksəviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.
Zirvə görüşündə bir çox önəmli məsələlərin müzakirəsi oldu. Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə Fransanı üzr istəməyə çağırdı:
"Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq".
"Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq", - deyə dövlət başçısı qeyd etdi.
Milli Məclisin deputatı Vüqar İskəndərov azxeber.com-a açıqlamasında Prezidentin çıxışlarına münasibət bildirib.
Deputat qeyd edib ki, COVID-19-a qarşı Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısında Cənab Prezident həmişə olduğu kimi çıxışında çox vacib məqamlara toxundu: "Əvvəla, ölkə Prezidenti dünyanın ikinci böyük təchizatı olan Qoşulmama Hərəkatının sədri kimi, dünya lideri kimi qlobal məsələləri, dünyada baş verən siyasi mənzərədə yaranmış çətinliklər, təhdidlər və ondan çıxış yollarını göstərdi. Bu, Cənab Prezidentin dünya səviyyəsində böyük lider olduğuna bariz nümunədir". 
Deputat bildirib ki, Prezident Fransa barədə, bəlkə də Fransanın heç vaxt eşitmədiyi həqiqətləri söylədi:
"Digər məsələ, Prezidentin çıxışında dayanıqlı sülhün əldə olunması üçün, dünyada minalarla bağlı su çatışmazlıqları ilə bağlı, ərzaq çatışmazlıqları ilə bağlı, pandemiyadakı ədalətsiz bölgü ilə bağlı, BMT-nin Təhlükəsizlik Şurasının artıq köhnəldiyi ilə bağlı yeni təkliflər, ideyalar göstərdi. Öz fikirlərindən birində də Fransa barədə, bəlkə də Fransanın heç vaxt eşitmədiyi həqiqətləri söylədi. Belə ki, kolonya məsələsi, Fransanın demokratiyadan, insan aktlarından danışaraq özü hələ də keçmişində kolonya saxladığı, soyqırımı törətdiyi və ona görə üzr istəməli olduğu, indi yenə də bir neçə ərazidə müstəmləkə siyasəti həyata keçirdiyi qeyd olundu. Bu, Fransanın diqqətinə çatdırıldı və keçmişdə törətdiyi soyqırımı aktlarına görə də üzr istəməli olduğunu bildirdi. Bu, bugünkü reallıqlardır. Fransa BMT Təhlükəsizlik Şurasının üzvü olduğu Azərbaycanın 4 qətnaməsinə səs verdiyi halda, 44 günlük müharibə dövründə Azərbaycan həmin qətnamələri, beynəlxalq hüququ, ədaləti bərpa etdiyi dövrdə onun əksinə səs vermişdi. Yəni bu, anlaşılmaz siyasətdir. 30 ilə yaxın Minsk qrupunun həmsədri kimi anlaşılmaz və selektiv yanaşma ilə bitərəf olmalı olduğu halda, Ermənistan tərəfində olmaqla bütün norma və prinsipləri pozmuş oldu. Zirvə görüşündə Cənab Prezident Fransanın bu cür siyasətini qısa və lokonik şəkildə qeyd etdi. Düşünürəm ki, Qoşulmama Hərəkatına üzv olan dünyanın digər digər ölkələri də bu məsələdə yekdil olacaqlar. Fransanın müstəmləkə siyasətindən əl çəkməyə çağıracaqlar". 
V. İskəndərov həmçinin əlavə edib ki, Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi dünyada qlobal anlamda olan siyasi proseslərə, məsələlərə toxundu:
"Ümumiyyətlə, Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi dünyada qlobal anlamda olan siyasi proseslərə, məsələlərə toxundu. Eyni zamanda, həm Vətən müharibəsindəki qələbəmiz, həm post-müharibə dövründəki yenidənqurma və bərpa işlərini, həm minalardan əziyyət çəkməyimizi və burada Ermənistanın günahkar olmasını, Ermənistanın ərazilərimizin təbiətini, sularını, insanlarını terrora məruz qoymasını və dünyada belə məsələlərə selektiv yanaşmanı qeyd etdi. Bununla da, dünya lideri olduğunu göstərdi və dünyanı ədalətli olmağa səslədi".
Milli Məclisin deputatı Arzu Nağıyev də azxeber.com-a açıqlamasında qeyd olunan məsələlərlə bağlı fikirlərini bildirib.
Deputat deyib ki, Fransa, doğrudan da həm Afrikada, həm Cənubi, Şərqi Asiyada və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə siyasətini həyata keçirir:
"Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi öz çıxışında Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı fikirlərini bildirdi və Fransanın bir sıra dövlətlərdən üzr istəməsinin mütləq olduğunu vurğuladı. Əsas məqam da ondan ibarətdir ki, Fransa, doğrudan da müstəmləkəçilik siyasəti yürüdərək həm Afrikada, həm Cənubi, Şərqi Asiyada və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə siyasətini həyata keçirir". 
Arzu Nağıyev qeyd edib ki, Fransa, həmçinin Azərbaycan-Ermənistan arasında olan münaqişədən sonra sülh müqaviləsinin imzalanmasına xələl gətirən bir sıra addımlar da atır:
"Bundan başqa son vaxtlar Azərbaycan-Ermənistan arasında olan münaqişədən sonra sülh müqaviləsinin imzalanmasına xələl gətirən bir sıra addımlar da atır. Düşünürəm ki, məhz Ermənistana qarşı da öz müstəmləkəçilik siyasətini yürüdür, əvvəllər sadəcə siyasət idi, indi artıq jandarmanın göndərilməsi, silahlı qüvvələrin göndərilməsi istiqamətində addımlar atır. Yəni bu, bir daha Fransanın xislətindən, Fransanın xarici siyasətindən doğan bir məsələdir". 
"Buna görə də, düşünürəm ki, soyqırımı aktlarına görə o, mütləq şəkildə üzr istəməli və törətdiyi əməllərə görə məsuliyyətini etiraf etməlidir. Yəni Fransanın xarici siyasəti ondan ibarətdir ki, 120 dövlət də bu haqda danışır. Onlar Fransanı xarici siyasətində dönüş etməyə çağırır", - deyə deputat əlavə edib.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

Siyasi       Tarix: 04 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler azerbaycan xeberleri yeni xeberler sosial yardim butun xeberler az xeber cəbhədən son xeber