Prezident İlham Əliyev gələn həftə Macarıstana rəsmi səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev gələn həftə Macarıstana rəsmi səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Sijarto bildirib. Prezidentin səfərinin gündəliyi barədə ətraflı məlumat verilmir.
Macarıstan diplomatiyasının rəhbəri "Facebook" səhifəsində qeyd edib ki, hazırda Azərbaycan liderinin səfəri ilə bağlı hazırlıq gedir. Nazir Siyarto onu da bildirib ki, Əliyevin səfəri öncəsi bu gün Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşü olub və enerji məsələləri müzakirə olunub.
"Avropa enerji böhranı yaşayır, ona görə də yeni təbii qaz mənbələrinə ehtiyac var. Ortamüddətli perspektivdə ən real ssenari Azərbaycandan Avropaya təbii qaz ixracının həcminin əhəmiyyətli dərəcədə artmasıdır. Bunun üçün regionumuzda infrastrukturu inkişaf etdirmək lazımdır və Azərbaycan da daha çox istehsal etməlidir", – Macarıstanın xarici işlər naziri Facebook-da yazıb.
Keçən ay Macarıstan və Rumıniya, o cümlədən Azərbaycan və Gürcüstan yaşıl enerjinin inkişafı və təchizatı sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar ki, bu saziş çərçivəsində Azərbaycan dəniz külək stansiyalarından Gürcüstan vasitəsilə Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır. Müqavilə Qara dənizin dibi ilə Azərbaycanı Gürcüstan və Rumıniya vasitəsilə Macarıstanla birləşdirəcək kabel xəttinin çəkilməsini nəzərdə tutur.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür