Prezident İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verdi
Prezident İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verdi
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərman "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli qanunun icrası ilə əlaqədar imzalanıb.
Qərara alınıb ki, Prezidentin 2012-ci il 6 iyul tarixli 668 nömrəli fərmanının 2.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
Həmin qanunun 16.3-cü maddəsində ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
Bundan əvvəlki variantda isə həmin Qanunun 16.3-cü maddəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini nəzarət markalarının qeyri-qanuni yayılmasının qarşısının alınması və vergi nəzarəti zamanı Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsələlərə münasibətdə Vergilər Nazirliyi həyata keçirirdi.
Bildirək ki, Vergilər Nazirliyi ləğv edilib, əvəzində Dövlət Vergi Xidməti yaradılıb. Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyindədir.

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı