Prezident koronavirusa qarşı zəhər içməyə çağırdı, "Facebook" onun postunu sildi

Prezident koronavirusa qarşı zəhər içməyə çağırdı, "Facebook" onun postunu sildi"Facebook" Qırğızıstan prezidenti Sadır Japarovun COVID-19-un müalicəsi üçün zəhərli bitki kökünü məsləhət görən ziddiyyətli postunu platformadan silib. Şirkət bu postu "dezinformasiya" adlandırıb. Japarov sözü gedən postunda yazırdı ki, onun ölkəsi COVID-19-un müalicəsi üçün "effektiv" metod tapıb. Aprelin 15-də dərc olunmuş posta video da əlavə edilmiş.
Bu videoda qoruyucu geyimdə olmayan adamların kəpənəkçiçəyi bitkisinin kökündən alınan cövhəri şüşə butulkalara yığdığı görünürdü.Videoda xəbərdarlıq edilirdi ki, kəpənəkçiçəyi kökünün ekstraktını soyuq havada içmək ölümlə nəticələnə bilər. Post az sonra Facebook tərəfindən silinib.
Prezident koronavirusa qarşı zəhər içməyə çağırdı, "Facebook" onun postunu sildiAprelin 19-da Facebook şirkətinin sözçüsü Japarovun postunun silindiyini "Azadlıq" radiosuna təsdiqləyib:"Biz bu postu silmişik, beləki seçkili rəsmilər də daxil heç kimin insanlara fiziki ziyan vura biləcək xəbərləri və COVID-19-un müalicəsi və qarşısının alınması barədə saxta iddiaları yaymasına yol vermirik".
Aprelin 16-da Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenailyev mətbuat konfransında demişdi ki, kəpənəkçiçəyi kökünün ekstraktı koronavirusa yoluxmuş 300-dək pasientə verilib. Nazir jurnalistlərin qarşısında hətta içərisində həmin cövhərdən olduğu iddia edilən fincandan bir-iki qurtum içib və deyib ki, bu maddə heç kimin həyatı üçün təhlükəli deyil.
Prezident koronavirusa qarşı zəhər içməyə çağırdı, "Facebook" onun postunu sildiDünya Səhiyyə Təşkilatının (DST) Qırğızıstandakı missiyası bu ideyanı kəskin pisləyib və bildirib ki, kəpənəkçiçəyi kökünün koronavirus da daxil hər hansı xəstəliklərin müalicəsi üçün təhlükəsiz olduğu sübut olunmayıb. AzadlıqRadiosuna danışan bir neçə həkim bildirib ki, bu kökdən COVID-19-un müalicəsi üçün istifadə edilməsi Qırğızıstanın ictimai təhlükəsizlik qanununa ziddir.
Kəpənəkçiçəyi Çinin şimal-qərbindəki Sintzyanda, habelə Qırğızıstan və Qazaxıstanın bir sıra regionlarında yayılıb.Bəzi adamlar bu bitkinin kökündən xörəklərin hazırlanmasında istifadə edir, onun müalicəvi əhəmiyyətə malik olmasını düşünürlər.Lakin latınca adı Aconitum olan bu bitkinin köklərində akonitin, kardiotoksin və nevrotoksin kimi alkaloidlər var. Ekspertlər deyirlər ki, bu bitkinin kökünün istehlakı xəstəliyə və hətta ölümə səbəb ola bilər.
Prezident Japarov isə özünün dediyi kimi, bu "dərmanın faydalarını" həbsxanada olarkən öyrənib.
Prezident koronavirusa qarşı zəhər içməyə çağırdı, "Facebook" onun postunu sildiKoronavirusla bağlı Mərkəzi Asiyanın başqa liderləri də vaxtaşırı xalq təbabəti və ya "türkəçarə" müalicə üsulları barədə məsləhətlər veriblər.
Tacikistan prezidenti Emomali Rahmon ötən ilin mayında demişdi ki, koronavirusla mübarizə üçün şəfalı bitkilərdən dərman hazırlanmasına başlanacaq. O hansı bitkiləri nəzərdə tutduğunu açıqlamamışdı.Qonşu Türkmənistanda koronavirusun mövcudluğunu inkar edən prezident Qurbanqulı Berdımuxammedov evlərin, məktəb və müəssislələrin üzərlik tüstüsünə verilməsini əmr etmişdi. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 20 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat en yeni xeberler sou xeberler bugun kriminal bugun