Prezident və Baş nazirin Beyrut partlayışından 1 ay əvvəl xəbəri olub - DƏHŞƏTLİ FAKTLAR
Livan tarixinin ən böyük fəlakətlərindən olan və hökumətin istefasına gətirib çıxaran Beyrut partlayışı ilə bağlı detallar tədricən üzə çıxır.
Publika.az xəbər verir ki, "Röyters" agentliyinin əldə etdiyi sənədlərə əsasən, təhlükəsizlik işçiləri ötən ay Prezident və Baş nazirə limandakı 2,750 ton ammonium-nitratın risk yaratdığını və partlayacağı təqdirdə paytaxtı yox edə biləcəyini deyiblər.
Dövlət Təhlükəsizlik Baş Katibliyi tərəfindən hazırlanan sənəd 20 iyulda prezident Mişel Aun və Baş nazir Həsən Diaba xüsusi qeydlə birlikdə təqdim olunub.
Yüksək vəzifəli təhlükəsizlik işçisi sənədin yanvar ayında başlanan və kimyəvi maddələrin dərhal təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayan istintaq araşdırmasını ehtiva etdiyini bildirib.
Məktubun yazılma prosesinə daxil olan, lakin adının açıqlanmasını istəməyən digər bir vəzifəli şəxs isə ammonium-nitratın böyük təhlükə daşıdığını, oğurlanacağı təqdirdə terrorçu təşkilatların silahına çevrilə biləcəyini deyib: "Onlara xəbərdarlıq etdim ki, bu maddə partlasa, Beyrut yox olacaq".
"Röyters" iddiaların təsdiqini tapmağa çalışsa da, qarşı tərəfdən heç bir açıqlama gəlməyib.
Qeyd edək ki, "Livan Xirosiması" adlandırılan partlayışda 163 nəfər ölüb, 6 mindən çox insan yaralanıb. Ən az 6 min bina yerlə-yeksan olub.
Baş nazir Həsən Diab və hökumətinin 4 üzvü prezidentə istefa ərizəsini təqdim edib.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı