Prezident "Xaqani" bağında - FOTOLAR

Prezident Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
azxeber.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.
Bildirildi ki, "Xaqani" bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.
Qeyd edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.
Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.
Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.
08:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident Prezident

Sosial       Tarix: 14 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

Məhərrəmlikdə musiqiyə din necə baxır? - İlahiyyatçı açıqladı

Məhərrəmlik ayı yaxınlaşdıqca cəmiyyətdə dini mövzular ətrafında müzakirələr də artır. Xüsusilə yas və matəm günlərində musiqiyə qulaq asmağın din baxımından necə qiymətləndirilməsi ilə bağlı fərqli fikirlər səsləndirilir

Bu şəxslər hərbi xidmətə aparılmır

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir. bildiri

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Nərimanovda evdən 70 min manatlıq qızıl oğurlandı

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb. xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarını

Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? - AÇIQLAMA

Bu yay istirahət planlayanlar üçün ən vacib suallardan biri hansı ölkələrin daha sərfəli olmasıdır. Qiymət dəyişiklikləri və tur paketlərinin artıb-azalması seçimlərə birbaşa təsir göstərir. Buna görə də turistlər büdcələrin

Bakının bu rayonlarında işıq olmayacaq - Xəbərdarlıq

Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ

"WhatsApp" ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi

"WhatsApp" yeni ödənişli abunə xidməti – "WhatsApp Plus"ı istifadəyə verib. xəbər verir ki, yeni paket istifadəçilərə tətbiqi daha geniş şəkildə fərdiləşdirmək imkanı yaradır. . "WhatsApp Plus"


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi krminal bu gun hava proqnozu qurban bayrami 2026