Prezidentdən koronavirusla bağlı tövsiyələr - Vəzifəli şəxslər hərəkətə keçdi

Prezidentdən koronavirusla bağlı tövsiyələr - Vəzifəli şəxslər hərəkətə keçdiABŞ Prezidenti Donald Tramp yeni tip koronavirusla mübarizə məsələsində vitse-prezident Mayk Pensə təlimat verib.
Publika.az-ın məlumatına görə, Tramp Ağ evdə Mayk Pens, Səhiyyə naziri Aleks Azar və Səhiyyə Nazirliyi rəsmilərinin iştirakı ilə mətbuat konfransı təşkil edib.
O bildirib ki, nə qədər pul xərcləmək lazımdırsa, o qədər də sərf ediləcək: "Bir çox karantin mərkəzimiz var. Peyvənd üzərində işlər də sürətlə davam edir. Prioritetimiz Amerika xalqının sağlamlığı və təhlükəsizliyidir. Bu xəstəlik ölkəmizdə yayılarsa, nə lazımdırsa, etməyə hazırıq. Lakin ABŞ xalqına qarşı risk olduqca azdır. Əllərinizi yuyun, gigiyena qaydalarına riayət edin. Məcbur olmadıqca hər kəslə əl sıxmağınız vacib deyil. Ətrafımda soyuqdəymə və ya qrip simptomu daşıyan biri varsa, ondan dərhal uzaqlaşıram. Bu virusa da eynilə qrip kimi davranın".
Çinin dövlət başçısı Si Cinpin ilə telefonda danışdığını bildirən Tramp onun koronavirusla bağlı çox işlədiyini, ölkəsində yeni tip virusun getdikcə azaldığını söyləyib.
Donald Tramp bildirib ki, mütəxəssislərdən aldığı məlumata görə, qrip virusu səbəbilə ABŞ-da hər il 25-69 min insan dünyasını dəyişir. Bununla müqayisədə "Kovid-19" epidemiyası daha az yayılıb.
Səhiyyə naziri Aleks Azar isə bu günə qədər ABŞ-da 60 nəfərdə koronavirus epidemiyasının aşkarlandığını, bu rəqəmin artma ehtimalının olduğunu qeyd edib.
Zümrüd /publika.az

Dünya       Tarix: 27 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən yeni xəbərlər idman xeberleri son xəbər metbuat