Prezidentimizin dediyi sözlərin hamısı gerçək oldu

Prezidentimizin dediyi sözlərin hamısı gerçək oldu"Bizim qələbəmiz təkcə Ermənistan üzərində hərbi müharibə anlamına gəlmir. Bu qələbənin bir neçə qatı, bir neçə izahı var. İlk növbədə bu, bizim iqtisadiyyat sahəsində olan uğurlarımızın nəticəsidir. Digər tərəfdən, bizim milli birliyimizin nəticəsidir. Cəmiyyət, ordu və liderimizin vəhdətinin nəticəsidir. Biz buna uzun yol qət etmişik. Burada Prezidentimizin, Ali Baş Komandanın müstəsna rolu olub. Çünki o, 2003-cü ildən bəri hakimiyyətdə olarkən ilk gündən dedi ki, biz bu məsələnin həllinə nail olacağıq. O, özü özlüyündə bizim hamımıza, cəmiyyətə ümidimizi qaytarırdı". 
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Tofiq Abbasov Zəfər Günündən danışarkən deyib. O, qeyd edib ki, İlham Əliyev bu proseslərin fövqündə gedərək ölkə daxilində elə bir situasiya formalaşdırdı ki, biz ilk növbədə ümidimizi yaşatdıq:
Prezidentimizin dediyi sözlərin hamısı gerçək oldu"Ona qədər mərhum Prezidentimiz Heydər Əliyev də bu fikirləri söyləyirdi. Deyirdi ki, biz Şuşasız, Kəlbəcərsiz, Ağdamsız, Füzulisiz və s. onlarsız bizim həyatımız dolğun olmayacaq. Nəhayət, İlham Əliyev artıq bu proseslərin fövqündə gedərək ölkə daxilində elə bir situasiya formalaşdırdı ki, biz ilk növbədə ümidimizi yaşatdıq. Digər tərəfdən, özümüzə olan inam get-gedə artmağa başladı. Təbii ki, burada dövlət rəhbərinin birləşdirici rolu var idi". 
Politoloq qeyd edib ki, Prezidentimizin dediyi sözlərin hamısı gerçək oldu:
"Mən yaxşı xatırlayıram ki, bəzi hallarda biz yerli və xarici mətbuatda çıxış edəndə deyirdik ki, əgər Ermənistan xoşluqla razılığa gəlməsə, biz hərbi yolla qələbəmizi əldə edəcəyik, torpaqlarımızı qaytaracağıq və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bəzi hallarda bizim bu fikirlərimizi, baxışlarımızı istehzayla qəbul edirdilər. Mübahisələrə başlayırdılar, deyirdilər ki, Azərbaycan bunu istəsə də, böyük dövlətlər, qüvvələr, həmsədr ölkələr buna imkan verməyəcəklər. Azərbaycan heç vaxt öz xoşu ilə bu məsələni həll edə bilməz. Nəticədə biz onu gördük ki, Prezidentimizin dediyi sözlərin hamısı gerçək oldu. O, öz dediyinin üzərində duraraq elə bir geosiyasi situasiya formalaşdırdı ki, artıq biz düşməni diz çökdürdük". 
Tofiq Abbasov həmçinin bildirib ki, bizim qəhrəman ordumuz Ali Baş Komandanın əmri ilə əks hücum əməliyyatını başlayaraq 44 gün ərzində olmazın şücaətini göstərdi:
"Bu qələbənin çox böyük mənəvi aspekti var. Bunun çox ibrətamiz tərəfi var. İlk növbədə biz türk milləti, türk birliyinin ayrılmaz hissəsi olaraq bu möhtəşəm qələbəni əldə etməklə bir daha yada saldıq ki, türkün ruhu, bacarığı, özünə olan inamı nədir və o, hansı işlərin öhtəsindən gələ bilir. Düzdür, bizə indi xor baxanlar da var, bədxahlar var, bizim qələbəmizə məyus olanlar var. Söhbət təkcə ermənilərdən getmir, biz burada Fransa və digər ölkələri görürük ki, onlar ermənipərəs mövqe sərgiləyirlər. Çalışırlar ki, nahaqq işlərə baş qoşan Ermənistanı haqlı çıxarsınlar. Azərbaycanı üzərinə kölgə atsınlar, bildirsinlər ki, guya bu bölgədə uzun illər gərginlik yaradan biz olmuşuq. Amma əslində onlar lal-dinməz idilər ,30 ilə yaxın müddətdə biz bütün dünyaya deyirdik ki, haqqımız pozulub, ərazi bütövlüyümüz pozulub. Bizim milyona yaxın qaçqın və məcburi köçkünlərimiz var, o insanların kütləvi şəkildə hüquqları ayaq altına alınıb. Amma bizə sanki məhəl qoymurdular. Bizim dərdimizi anlamaq istəmirdilər. Ancaq biz özümüzə güvəndik. Qaçqınlarımızı da yurdlarına köçürdük, şəhərciklər tikdik. Nəhayət bizim ordumuz yarandı. Nahaqq yerə demirlər ki, ordun varsa, yurdun var, ordun yoxsa, heç yurdun da yoxdur. Prezident İlham Əliyev bax bu deyimi bizim şüurumuza yerləşdirdi, biz inandıq və nəhayət bizim qəhrəman ordumuz Ali Baş Komandanın əmri ilə əks hücum əməliyyatını başlayaraq 44 gün ərzində olmazın şücaətini göstərdi". 
Siyasi şərhçi əlavə edib ki, biz bu qələbəyə görə Prezident İlham Əliyevə minnətdarıq:
"Əgər bizim qələbəmiz bir tacdırsa, Şuşa əməliyyatı da tacın üzərində olan böyük bir almaz daşıdır və hər yerə işıq saçır. O, bizim inamımızı, böyüklüyümüzü, möhtəşəm ruha malik olmağımızı göstərdi. 
Biz Ali Baş Komandan, Prezident İlham Əliyevə bu qələbəyə görə həm minnətdarıq, həm də borcluyuq. Ona görə də biz bütün sahələrdə ki, uğur əldə etmişik, gərək onları artıraq. Çünki həyat davam edir. Yeni çağırışlar gəlir. Təhdidlər var. Ermənistan silahlandırılır. Hindistan, Fransa, Kanada, İrlandiya, Norveç onlara dəstək göstərməyə hazırlaşır. Buna görə də biz ilk növbədə rahatlanmayaq, arxayınlaşmayaq. Biz görürük ki, Ermənistanın revanşist ruhu hələ də göyə sovrulmur. Onlar çalışırlar ki, yeni nəsilləri yenidən müharibə şəaritinə qərq etsinlər. Amma bunun heç bir xeyri yoxdur. Çünki biz sözümüzü demişik. Bacardığımızı göstərmişik. Bu qələbə günü bizim yeni nəsillərimiz üçün də çox ibarətamiz rol oynayacaq. Nəsillər arasında bağlılığı möhkəmlədəcək, eyni zamanda bizim inamımızı möhkəmlədəcək. Odur ki biz bu qələbəni əzizləməliyik və tarixçəsini dərindən öyrənib gələcək nəsillərə yazıb qoymalıyıq".
Aydın Nuri

Sosial       Tarix: 08 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun beynelxalq bank mezenne gunun xeberleri kriminal xeber