Prezidentin Bolqarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB

Prezidentin Bolqarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİBİyulun 21-də Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
"Hörmətli Baş nazir və nümayəndə heyətinin üzvləri. Bir daha xoş gəlmisiniz. Elə indicə qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı cənab Baş nazirlə çox yaxşı müzakirəmiz oldu və tərəfdaşlığımızın gücləndirilməsi üçün bir çox imkanları müəyyən etdik. Bu gün öncə müzakirə etdiyimiz kimi, Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün həqiqətən yaxşı əsasdır. Biz bir neçə il əvvəl Strateji Tərəfdaşlıq barədə Bəyannaməni imzalamışıq. Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib. Əlbəttə ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik. Lakin, eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcuddur. Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki, bu, yalnız başlanğıcdır, çünki burada potensial var. Bir sözlə, geniş əhatəli məsələlər müzakirə edildi. Biz cənab Baş nazirlə artıq uzun müddətdir ki, bir-birimizi telefonla tanıyırıq. İndi isə artıq şəxsən tanış olduq. Sizi görməyimə çox şadam və Sizə Bakıda xoş səfər arzulayıram".
x x x
Bolqarıstanın Baş naziri Kiril Petkov dedi:
"Sağ olun, cənab Prezident. Çox məmnunam ki, bir-birimizlə şəxsən görüşürük. Mən artıq qeyd etdim və bir daha söyləmək istəyirəm, dostlar o vaxt dost olur ki, problemləri həll edirlər. Masa arxasında olarkən hamı dostdur. Lakin problemi birgə həll etməyə gəldikdə, dostlar yenə də yan-yana olmalıdırlar. Qeyd etmək istəyirəm, ehtiyac yarandığı zaman Siz Bolqarıstanın yanında oldunuz. Bolqarıstan isə Sizin yanınızda olacaq. Enerji sektorunda və ondan başqa sahələrdə bir çox imkanları müzakirə etdik.
Sizin yanaşmanızı dəstəkləyirəm ki, biz Strateji Tərəfdaşlıq sənədini imzaladıq, müzakirələr apardıq, indi isə onları reallığa çevirməliyik. Hökumətimiz indiki tərkibdə gələn bir neçə həftə ərzində, ola bilsin, qalacaq. Lakin qərarlar var və biz tam əminik ki, növbəti hökumət də bizim hökumət olacaq. Biz belə nəticəyə gəldik ki, texnologiya, logistika, Avropaya ixrac, enerji daşıyıcılarının paylanması kimi sahələrdə bir çox işlər görülə bilər".
18:06
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü keçirilir.
KONKRET.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Siyasi       Tarix: 21 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri krimnal bugun axsam.az xeberler gunun xeberleri