"Prezidentin imzaladığı Sərəncam humanizm aktıdır" - Deputat

"Prezident İlham Əliyev növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv Sərəncamı imzalamaqla 154 vətəndaşa ikinci şans verməklə yüzlərlə ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş etdi".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, cənab Prezidentin milli birlik və həmrəyliyin tam təmin olunduğu bir vaxtda imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı böyük humanizm aktıdır:
"Cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. 
Prezident İlham Əliyev bu dəfəki əfv Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 63 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır, habelə bu cəza üzrə cəzasının çəkilməsi təxirə salınmış 1 şəxs cəzadan azad edilir, o cümlədən cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülür.
Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilir, 3 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azadılır. İslah işləri cəzasına məhkum edilmiş 2 şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 şəxs cəzadan azad edilir. 
Aydındır ki, əfvetmə sadə bir mexanizm deyil, bu proses təhlillərə əsaslanır və cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməsi amilini nəzərə almaqla prosesin hər dəfə mümkün qədər daha çox insanı əhatələməsinə çalışılır. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər, bir qayda olaraq, o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki ciddi və hərtərəfli araşdırmaların nəticələri də indiki məqamda məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Ümumiyyətlə, dövlətimiz bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir. 
İndi bütün bunların fonunda bu böyük humanizm aktı barədə hər hansı neqativ düşüncə formalaşdırmaq cəhdləri, kimlərinsə prosesdən kənarda qalması barədə qərəzli və savadsız mühakimə ən azı bu əvfdən yararlanmış 150-dən çox ailəyə hörmətsizlikdir. Eyni zamanda əfvi amnistiya aktı ilə müqayisə edərək niyə amnistiyadan daha az insanı əhatə etməsi barədə iddiaları, adətən, görməkdəyik ki, bu da sadəcə savadsız populizmdir. Ən azı ona görə ki, əfv fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Prezident tərəfindən, amnistiya aktı isə fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Yəni əfv zamanı hər bir şəxsə fərdi yanaşılır, amnistiya zamanı isə şəxslər yox, əməllər önə çəkilir. 
Bir sözlə, cənab Prezidentin milli birlik və həmrəyliyin tam təmin olunduğu bir vaxtda imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli yorumları bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz".

Sosial       Tarix: 26 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber cəbhədən son xəbərlər son xəbərlər en son xeberler bu gun