Prezidentin köməkçisi: Seçki prosesinin daha şəffaf keçirilməsi ilə bağlı ciddi tapşırıqlar verilib
Bu gün Azərbaycanın seçki qanunvericiliyi öz demokratikliyinə görə dünyanın ən aparıcı ölkələrinin qanunvericiliyindən geri qalmır.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, seçkilərin keçirilməsi istiqamətində hər mərhələdə daha irəli getmişik: "Seçki prosesinin daha şəffaf keçirilməsi, heç bir qanun pozuntularına yol verilməməsi ilə bağlı ciddi tapşırıqlar verilib. Seçkilərin uğurlu nəticələrini mümkün etmiş ən başlıca şərt İlham Əliyevin siyasi iradəsi, bütün dünyada siyasi nüfuzu və xalqla sıx birliyi olub. Cənab Prezidentin möhkəm iradəsi sayəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa edilib. Azad edilmiş ərazilərdə böyük bərpa işləri aparılır. Bütün dünya azad edilmiş ərazilərə Böyük Qayıdış prosesini heyranlıqla izləyir. Artıq o ərazilərə 4395 nəfər köçürülüb. Eyni zamanda 20 mindən çox insan azad edilmiş ərazilərdə abadlıq işlərinə cəlb edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra bu ərazilərdə ilk dəfə seçkilər keçiriləcək".APA
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda