Prezidentin mədəniyyət nazirinin müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyev Fərid Cəfərovu Azərbaycan mədəniyyət nazirinin müavini təyin edib.
azxeber.com "oxu.az"a istinadən xəbər verir ki, Fərid Cəfərov 1982-ci il iyunun 6-da Mingəçevir şəhərində anadan olub.
O, 1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub.
2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb. 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində ("beynəlxalq hüquq" ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb.
2006-cı il oktyabr ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti vəzifəsinə təyin olunub.
2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəfəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib.
2008-ci ilin yanvar ayında XİN-in attaşesi, eyni ilin oktyabr ayında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu York şəhəri) attaşesi vəzifəsinə təyin olunub.
2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub.
2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyun ayında isə baş mütəxəssisi vəzifəsinə təyin olunub.
2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 13 mart-2018-ci il 3783 № li sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilmişdir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi